Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:09

Amerikalı əsgər Şimali Koreyanın lideri ilə görüşmək istəyib...


Amerikalı əsgər
Amerikalı əsgər

-
Cənubi Koreyada xidmət edən amerikalı əsgərlərdən biri Şimali Koreyaya keçməyə cəhd edib. Onu iki düşmən ölkəni ayıran Han çayını üzüb keçmək istərkən Cənubi Koreya sərhədçiləri saxlayıblar. Bu haqda Cənubi Koreyanın müdafiə nazirliyinə istinadən “Guardian” xəbər verir.

“Yonhap” İnformasiya Agentliyinə görə, saxlanılan Amerikalı əsgər istintaqda bildirib ki, o Şimali Koreya lideri ilə görüşmək istəyirmiş.

Şimali və Cənubi Koreya arasında sərhəd zolağı hər 2 tərəfdən güclü mühafizə olunur. Buradakı texniki qurğular sərhədi keçməyi mümkünsüz edir.

Bu üzdən sədlərin keçilməsi nadir hadisə sayılır.

2013-cü ilin sentyabrında bir Cənubi Koreyalı İmcin çayından üzüb sərhədin o tayına keçməyə cəhd edərkən sərhəd nişanı yaxınlığında dayanan Şimali Koreya hərbçiləri tərəfindən atəşlə öldürülmüşdü.

Bu sonuncu hadisə eynən 1996 ildə baş verən əhvalatı xatırladır.

O vaxt başqa bir Amerikalı Çindən Yalu çayı boyunca Şimali Koreyaya üzmüşdü. Çılpaq və içkili Hunziker, güman ki, özü kimi içkili dostu ilə bu addımı atıbmış.

Casusluqda suçlanan Hunziker şimalda həbs edilərək üç ay saxlanıb və Nyu Meksiko konqresmeni Bill Riçardsonun Pxenyana səfəri zamanı azad edilmişdi.

Şimali Koreyada 3 Amerika vətəndaşı saxlanılır: Kenesz Bae , Metyu Miller və Cefri Foul.

Sentyabrın 14-də Miller rejim əleyhinə “düşməncə” davranışlarına görə, ağır işlərdə çalışmaq cəzasına məhkum olunub. O, 4 ay öncə turist vizasında düzəliş ittihamı ilə həbs edilmişdi.

Rəsmi Pxenyan Amerikalı Bae-ni zorakı missioner sayaraq və şimal rejimini devirməkdə suçlayaraq ona 15 il ağır əməklə məşðul olmaq hökmü kəsildiyini bildirib.

Bu ilin aprelində Şimali Koreyaya turist kimi gələn Foul, deyilənlərə görə, İncili oteldə qoyub getdiyinə görə həbs edilib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG