Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:30

Rusiya Zimbave ilə 3 milyard dolarlıq saziş imzalayır, Lavrov Muqabeni "Əfsanə" adlandırır


Rusiyanın xarici işlər naziri Lavrov Zimbabve ilə iqtisadi və əməkdaşlıq sazişlərini imzalayıb və Zimbave lideri Muqabeni “əfsanə”, “tarixi fiqur” adlandırıb.

3 milyard dollarlıq saziş Zimbavenin platin yataqlarının istismarında Rusiya şirkətlərinin iştirakını nəzərdə tutur.

Bu, 1980-ci ildə Zimbave müstəqil olandan ölkəyə ən böyük xarici investisiyadır. 90 yaşı olan, 34 ildir ki, Zimbaveni idarə edən Muqabenin hakimiyyəti insan haqlarının kobud pozuntuları ilə müşayət olunur. Bu pozuntulara görə Zimbave illərlə beynəlxalq sanksiyalar altında olub.

Muqabe Lavrova deyib ki, Qərbin Rusiyaya qarşı sanskiyaları qanunsuzdur, çünki onları BMT təsdiqləməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG