Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:24

Ötən il dekabrın 11-də Naftalandakı N saylı hərbi hissədə ölən çavuş Orxan Alıyevin ailəsi AzadlıqRadiosunun “Qaynar xətt”inə ölüm işini araşdırmış istintaqdan narazılıq edir:

“Oğlumun hərbi xidməti başa vurmasına 6 ay qalmışdı. Hadisədən əvvəl əsgər oğlum telefonla bu biri oğlumla danışırmış. Tabor komandiri, hərbi hissə komandiri buna görə oğlumu döyüb incidiblər. Oğlumun ölümü də bundan baş verib. Bu ilin fevralınadək istintaq qrupu bircə dəfə də hadisə yerində olmayıb. Sonra hərbi hissənin komandiri Nəsib Ramazanov tərəfindən özbaşınalıq edilib. Tərtər Hərbi Prokurorluğunda araşdırılmalı olan işi ört-basdır etmək üçün oğlumun cəsədini Tərtər regional şöbəsinin ”morq"una apardıb. Halbuki, bunu etmək onun işi deyildi".

"MEYİT ÖZBAŞINA "MORQ"A APARILIB"

Əsgər atasının dediyinə görə, hadisə barədə onlara gec məlumat verilib:

“8 saatdan sonra xəbər verilib. Hadisə yerində cəsədin mühafizəsi təşkil olunmayıb, Tərtər Hərbi Prokurorluğu hadisə yerində cəsədin fotoçəkilişi, videoçəkilişi və hal şahidlərinin dindirilməsini təmin etməyib. Maddi sübut kimi trosoloji müayinə üçün əsasverici olan alt köynəyi mübahisə vaxtı cırıldığı üçün müstəntiq tərəfindən gizlədilib. Mayın 5-də isə Tərtər hərbi prokuroru Fuad Məmmədov işə xitam verildi, beləliklə də, oğlumun qanı prt-basdır edildi”.

Şirazi Alıyev xitam qərarından baş prokurora və Hərbi Məhkəməyə şikayət verib:

“Baş prokuror Zakir Qaralovla görüşdə işdə bir sıra qanun pozuntularına yol verildiyini onun diqqətinə çatdırdım. O da hərbi prokuror Xanlar Vəliyevə tapşırdı ki, əsgər ailəsinin ifadələri alınsın, hadisənin şahidləri dindirilsin və əsgərin atası kimi bütün bu prosesdə iştirakçı olum”.

Əsgər atası hərbi prokuror Xanlar Vəliyevlə də görüşüb:

“Tələbim oldu ki, Tərtər prokurorundan cinayət işinin icraatı alınsın. Hərbi prokuror bu istəyimizi yerinə yetirdi. Ancaq aradan bir ay keçməsinə baxmayaraq, yenə bildikləri kimi istintaq işini saxtakarlıqla aparırlar”.

"OĞLUMA İŞGƏNCƏ VERİLİB"

Şikayətçi oğlunun qətlə yetirilməsinə dair əllərində sübut olduğunu iddia edir:

“Bu işdə azı 10-15 nəfər ifadə verməlidir. Ancaq cəmi 2 nəfər - çavuş Mahir Məmmədov və onun telefonda mesajlaşdığı qızın ifadəsi alınıb. Mahir ”vatsap"da bir qızla yazışırmış. O, oğlumun olduğu yerdə yataq yerinin növbətçisi idi. Orxanın öldürülməsi haqda da qıza danışıb. Mesajı qıza martın 31-də yazıb. Açıq şəkildə yazıb ki, Orxanı telefon danışığı üstündə öldürüblər. Mahir Məmmədov bunları ifadəsində etiraf etdiyi üçün ona işgəncə verilib. Respublika Hərbi Prokurorluğunda Ağır Cinayətlərə Dair İstintaq İdarəsinin müstəntiqi Nihad Şıxalıyev sifariş yerinə yetirərək Mahir və qızı çağırıb, onları təsir altına salıb. Onların telefon nömrəsini dəyişdirib, tapşırıb ki, Orxanın ailəsi ilə görüşməyin. Bütün bu danışıqlar diskdə var və bu disk əlimizdədir".

Respublika Hərbi Prokurorluğu “N” saylı hərbi hissənin ölən əsgərinin valideynlərinin ittihamlarına cavab verib.

Qurumun mətbuat xidmətindən bildirilib ki, kiçik çavuş Orxan Alıyevin 2013-cü ilin dekabr ayında ölümü ilə bağlı atası Şirazi Alıyevin dediklərində həqiqət yoxdur.

HƏRBİ PROKURORLUQ: "ÖLÜM İŞİ CİDDİ ARAŞDIRILIB"

“Orxan Alıyev 11 dekabr 2013-cü il tarixdə gecə saatlarında hərbi hissənin əsgər yataqxanasında öz çarpayısında uzanarkən qəflətən halı pisləşib və növbətçi həkim tərəfindən göstərilmiş tibbi yardım tədbirlərinə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb.

Həmin faktla bağlı Hərbi Prokurorluqda ibtidai araşdırma başlanıb, foto və video çəkiliş aparılmaqla mərhum Alıyev Orxan Şirazi oğlunun meyitinin xarici və daxili müayinəsi keçirilib, onun daxili orqanlarından zəruri nümunələr götürülərək ekspertizaya təqdim edilib. Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 342.2-ci maddəsi ilə cinayət işi başlanıb. O.Alıyevin meyitinin xarici müayinəsi zamanı onun bədənində, əynində olmuş paltarlarda döyülməyə və ya zorakılığa xarakterik hər hansı xəsarət və ya xəsarət izi, zədələr aşkar olunmayıb”.

Hərbi prokurorluq bildirir ki, əsgər ürək çatışmazlığından vəfat edib.

“Əsgərin valideynləri istintaqın gedişində dəfələrlə Baş Prokurorluğun və Respublika Hərbi Prokurorluğunun rəhbərliyi ilə görüşüblər. Hadisə ilə bağlı özlərinin əldə edərək istintaq orqanına təqdim ediblər. Məlumatlarda əksini tapan bütün xüsusatlar hərtərəfli araşdırılıb”.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG