Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:05

Məşhur roman Azərbaycan dilində!


-

Məşhur Amerika yazıçısı Truman Capote-nin "Tiffanidə səhər yeməyi” romanı Azərbaycan dilində çap edildi.

Bu, Truman Kapotenin oxunaqlı əsərlərindən biridir. Əsərdə söhbət şıltaq təbiətli, düzənsiz həyat yaşayan bir qızın – Holli Qolaytlinin taleyindən gedir.

Holli Qolaytlidə uşaq sadəlövhlüyü ilə yüksək qadın cazibəsi birləşir.

O, sanki bununla hadisələrin cərəyan etdiyi Nyu-Yorkun da mahiyyətini təcəssüm etdirir.

Nyu-York – arzuları əlçatan uzaqlıqda, lakin parlaq vitrin şüşələrinin arxasında gizlədən şəhər…

Məlahət Adilovanın tərcümə etdiyi kitab "Qanun" nəşriyyatında çap olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG