Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 07:50

Satanistlər Bibliyanın hegemonluğuna etiraz edirlər


Satanistlərin uşaq kitabı (www.nydailynews.com)
Satanistlərin uşaq kitabı (www.nydailynews.com)

-

“Din dövlətdən ayrı olmalıdır. Məktəblərə heç bir dini kitab buraxılmamalıdır. Ya da əgər şagirdlərin Bibliya ilə tanış olmasına şərait yaradılırsa, onda bizim icmanın da kitabları onlar üçün əlyetərli olmalıdır".

Bunu ABŞ-dakı Satanist Məbədi icması tələb edir. Onlar Floridadakı dövlət (qeyri-özəl) məktəblərində Yevangelist xristian icmasının dini kitablarının yayılmasına etiraz edirlər.

Florida məktəblərinin sözçüsü Kathy Marsh isə deyib ki, Satanist Məbədindən heç kim onlarla əlaqə saxlamayıb: “Nəyi yayıb-yaymamaq bizim öz işimiz, haqqımızdır. Yoxlayıb sonra yayırıq”.

Satanistlər xristianlığa cəmiyyətdəki dominant dini baxışlar sistemi kimi baxılmasına qarşı çıxırlar. Onlar üçün İblis azadlıq rəmzi, hegemonluğa üsyan simvoludur.

ABŞ-dakı Satanist Məbədi hazırda Oklahomadakı parlament binası qarşısında İsa Məsihin həvariləri abidəsinin yanında İbslisə də heykəl qoyulmasına çalışır.

Bütün dünyada 100 minəcən satanistin olduğu güman edilir.

nydailynews.com

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG