Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 04:36

Rusiyada, Çində varlı olmaq hələ heç nə demək deyil-Mətbuat icmalı


Keçmiş rəsmi Bo Xilai
Keçmiş rəsmi Bo Xilai

-

Rusiyada 6,8 milyard dolları olan oliqarx ev dustağıdır, Çində tək bir şəhərdə bir ildə 80 iş adamı intihar edib.

Poroshenko ABŞ-a həm də pul dalınca gedir, ancaq ABŞ verməyə bilər, çünki Ukraynada dəyişiklik çox zəifdir.

Dünya mediası bu gün nədən yazır?

VARLILAR ÇİNDƏN GETMƏK İSTƏYİR

Çində bu il 30 vəzifəli şəxs intihara cəhd edib. Onların arasında dövlət şirkətlərinin ali menecerləri də var. Bu adamların hamısı haqda korrupsiya ittihamı ilə istintaq gedir. Bu da Çin lideri Xi Jinpingin anti-korrupsiya kampaniyasından doğrudan qorxu yarandığnı göstərir.

Wall Street Journal qəzeti yazır ki, ancaq bu, Xi Jinpingi alqışlamağa əsas vermir. Çünki tutulanlara işgəncə verilir, etiraflar işgəncə ilə alınır.

Rəsmilər bu vəziyyətdə olanda biznesmenlərin keçirdiyi stressi başa düşmək olar. Onlar daha güclü həyəcan içindədir. Keçən il tək Venzhou şəhərində 80 iş adamı intihar edib.

Başqa ölkələrdən fərqli olaraq Çində varlı adamlar “varlılar siyahısına” düşmək istəmirlər.

Barclay bankın bazar ertəsi yaydığı sorğunun nəticələrinə görə, Çində pulu 1,5 milyon dollardan artıq olanların 47 faizi ölkədən getməyi planlaşdırır.

Qabiliyyətli gənclərin də çoxu elə əvvəlcədən ölkəni tərk edir. 2012-ci ildə xaricdə oxuyub, təhsilini başa vurmuş 70 min çinli geri qayıtmayıb.

OLİQARX EV DUSTAĞIDIR

Rusiyanın ən varlı adamlarından biri olan Vladimir Yevtushenkov ev dustağıdır. AFK Sistema şirkətinin rəhbəri olan Yevtushenkov Başneftin alınmasında pul yumada şübhəli bilinir.

Financial Times qəzeti yazır ki, Yevtushenkovun var –dövləti 6,8 milyard dollardır. O, Rusiyanın 15-ci ən varlı adamıdır.

Rusiyanın İstintaq Komitəsi bildirir ki, Başneftin fəaliyyətdə olduğu Başqırdıstanda mənimsəmə hallarını araşdırır və Yevtushenkovun kriminal məqsədlə aldığı əmlakı qanuniləşdirdiyinə əsaslar var.

AFK Sistema bu ittihamları əsassız adlandırır.

Yevtushenkovun ev dustaqlığı Rosneftin də Başnefti almaq istəməsi xəbərləri ilə eyni vaxtda baş verir.

AFK Sistemanın problemləri bu ilin əvvəlində AFK-nin Başneftin ilk səhmlərini alması ilə başlandı.

Hazırda hamının yadına Khodorkovski və onun Yukos şirkəti düşür.

Milyarder, o vaxt Rusiyanın az qala ən varlı adamı olan Khodorkovski 10 il həbsdə yatdı, Yukosun neft yataqları isə həmin Rosneftə çatdı.

Rosneftin rəhbəri Seçin Putinin yaxın adamıdır.

Yevtushenkov 1987-1993-cü illərdə Moskva meriyasında işləyib və o vaxt AFK Sistemanı yaradıb. AFK Sistema yaranada Rusiya neftini xaricə satırdı, Rusiyaya kompüter gətirirdi.

LAZARENKONUN 250 MİLYONU

Foreign Policy məcmuəsi yazır ki, Ukraynanın eks-lideri Yanukovic qaçdı, onun sarayı, burdakı dəbdəbə dillər əzbəri oldu.

Foreign Policy yazır ki, belə saryalar təkcə Yanukovichin deyil və təkcə Ukraynada deyil.

Foreign Policy Kalifornaiyadakı saraydan söhbət açır və yazır ki, bu, 1999-cu ildə ölkədən qaçan baş nazir Pavlo Lazarenkonundur. Ukrayna, İsveçrə, ABŞ müstətənqiqlərinin bu 15 ildə apardığı araşdırmalara görə Lazarenkonun Antiqua, İsveçrə, Lixtenşteyn, Litvada azı 250 milyon dollarlıq sərvəti var.

Lazarenko korrupsiyaya görə ABŞ-da məhkum olundu və 2012-ci ildə azadlığa çıxdı, ancaq onun pulları ilə ABŞ məhkəmələri indiyə kimi maraqlanır.

DƏYİŞİKLİK YOXDURSA, PUL DA YOXDUR

New York Times qəzeti yazır ki, Ukrayna prezidenti Poroshenko Avropa Birliyi ilə assosiasiya sazişini Avropa parlamerntində və Ukrayna parlamentində rakifikasiya etdirib Kanada və ABŞ-a səfərə gəlir. Ancaq o burda skeptik suallarla üzləşəcək. Ukraynada son 6 ayda dəyişikliklərin çox az və zəif olması suallar doğurur.

Qəzet yazır ki, Poroshenko o cümlədən maddi kömək istəməyə gedir, ancaq cümə axşamı Poroshenko ilə görüşəcək Obamanın verəcəyi yalnız mənəvi dəstək olacaq. O bundan əvvəl vəd etdiyi 70 milyon dollarlıq köməkdən əlavə heç nə vəd etməyəcək.

Bunun səbəbləri haqda qəzet yazır ki, Ukraynada heç nə dəyişməyib.

Dövlət Departamentinin rəsmisi Thomas Melia həftəsonu konfransda deyib ki, “Burda siyasət adi qaydada gedir, Ukraynasayağı”.

Melia deyib ki, Yanukovichdən sonra hamı gözləyirdi ki, korrupsiya ilə mübarizə başlanacaq, iqtisadi islahatlar gedəcək.

Qəzet Gallup-ın sorğusunu da misal çəkir. Bu yaxınlarda ukraynalılardan soruşublar ki, son bir ildə rüşvət verdiyin vaxt olubmu? 10 ukraynalıdan 8-i “hə” deyib.

Tamara Trafenchuk adlı pensiyaçı deyir: “Rüşvət poliklinikada doktora rüşvətdən başlayır, yuxarıda prezidentə rüşvətəcən davam edir”.

Qəzet yazır ki, 23 il müstəqil olsa da, Ukraynada indiyə kimi sovetsayağı mərkəzləşmiş iqtisadiyyatdır, burda fermer bir məhsulun yerinə başqasını əkmək istəyirsə, hökumətdən icazə almalıdır. Məsələn, universitetlər özlərinə lazım olan ləvazimatı ( məsələn, qələmləri) özlərinin sifariş verə bilməsi haqqını bu ilin iyulunda qazandılar.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG