Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 21:58

-

Sentyabrın 16-da Rəfiq Zəka Xəndanın 75 illik yubileyinin keçirilməsi haqqında Prezident Sərəncamı çıxıb.

Sərəncamda deyilir ki, 2014-cü ildə Azərbaycan poeziyasının tanınmış nümayəndəsi,respublika Dövlət mükafatı laureatı, əməkdar incəsənət xadimi, professor Rəfiq Zəka Xəndanın anadan olmasının 75 illiyi tamam olur.

Rəfiq Zəka klassik poetik ənənələrin layiqli davamçısı kimi zəngin ədəbi fəaliyyəti dövründə meydana gətirdiyi əsərlərlə milli ədəbiyyata töhfələr verib.

Onun yaradıcılığının əsas istiqamətini vətənə məhəbbət, tarixi-mədəni dəyərlərə bağlılıq, azərbaycançılıq və istiqlal ideyalarının tərənnümü təşkil edir.

Sərəncamda Mədəniyyət və Turizm Nazirliyinə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, şair Rəfiq Zəka Xəndanın 75 illik yubileyinə dair tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG