Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:40

«Azərbaycanın neft salnaməsi» mövzusunda sərgi açılıb


Milli Azərbaycan Tarixi Muzeyi

Milli Azərbaycan Tarixi Muzeyi

-

Sentyabrın 16-da AMEA Milli Azərbaycan Tarixi Muzeyində “Əsrin müqaviləsi”nin 20 illiyi münasibətilə “Azərbaycanın neft salnaməsi” kataloqunun və eyni adda sərginin təqdimatı keçirilib.

Muzeyin yaydığı xəbərə görə, kataloq öz fondlarında qorunan və Azərbaycan neftinin tarixini əks etdirən materiallar əsasında hazırlanıb.

Dörd tematik bölmədən ibarət kataloqda Azərbaycanda neft hasilatı və emalının tarixi barədə məlumat verilir, 1000-dək unikal eksponatın fotoşəkli təqdim olunur.

XIX–XX əsrin əvvəllərinə aid nadir tarixi fotoşəkillər, texniki qurğu və alətlər, fəhlə geyimləri, sənədlər ölkənin neft sənayesinin inkişafını əyani təsəvvür etməyə imkan verir.

Azərbaycan və rus dillərində nəşr olunan bu kataloq “bp-Azərbaycan” şirkətinin maliyyə dəstəyi ilə işıq üzü görüb.

Burada Azərbaycanın neft tarixi ilə bağlı 600-dək eksponat nümayiş olunur.

Maral Rəhmanzadə "Neft silsiləsi"

Maral Rəhmanzadə "Neft silsiləsi"

Sərginin maraqlı xüsusiyyətlərindən biri də burada Xalq Rəssamı Maral Rəhmanzadənin “Neft” silsiləsindən olan və hələ 1947-ci ildə hazırladığı 10 orijinal litoqrafiyanın nümayişidir.

Sərgi 2015-ci ilin yanvarın 15-dək davam edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG