Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:20

BMT rəhbəri ölkələri İD-ə qarşı “qətiyyətli davranmağa” çağırır


BMT-nin baş katibi Ban Ki-moon

BMT-nin baş katibi Ban Ki-moon

BMT-nin baş katibi Ban Ki-moon İslam Dövləti (İD) silahlı qruplaşması yaraqlılarına qarşı qətiyyətli tədbir görmək gücündə olanları hərəkətə keçməyə çağırıb.

BMT-nin qərargahında danışan Ban BMT üzvlərinin hansı tədbirlər görəcəyinə ümid etdiyini deməyib, ancaq əlavə edib ki, “dinc şəxslərin mühafizəsini diqqət mərkəzində saxlamaq vacibdir”.

Ban ABŞ-ın İD yaraqlılarına son zərbələrini də alqışlayıb.

Sentyabrın 16-da danışan Ban onu da deyib ki, BMT Hollivud ulduzu Leonardo DiCaprio sülh səfiri elan edib və o, əsas diqqəti iqlim dəyişikliyinə yönəldəcək.

Sülh səfirləri incəsənət, musiqi, ədəbiyyat bə idman xadimləri arasından seçilir. Öncə George Clooney, Edward Norton, və Charlize Theron bu vəzifəni icra ediblər.

XS
SM
MD
LG