Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:53

ABŞ ordusu rəsmisi əsgərlərin İraqdakı rolunu götür-qöy edir


Martin Dempsey

Martin Dempsey

-

ABŞ ordusunun yüksək rütbəli zabiti deyir ki, Prezident Barack Obama ABŞ hərbi müşavirlərinin İraqda döyüş rolu barədə qərar verməzdən öncə hər bir halı ayrılıqda öyrənəcək. Baş Qərargah rəisi, General Martin Dempsey sentyabrın 16-da Senatın Silahlı Xidmətlər Komitəsinə deyib ki, Obama ona «hər bir hal barədə ayrıca müzakirə aparacağını» söyləyib.

Öncə Obama ABŞ əsgərlərinin İraqa quru əməliyyatlarına göndərilməyəcəyini deyib. Bunu Dempsey da etiraf edib. Ancaq o, ABŞ hərbi müşavirlərinin İraq əsgərləri ilə birgə missiyaya göndəriləcəyini də istisna etməyib, eyni zamanda hazırda buna ehtiyac olmadığını da vurğulayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG