Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 07:23

Xızıda su tələbi...


Arxiv fotosu
Arxiv fotosu

Xızı əhli susuzluq yaşayır. Yay-qış susuzluqdan əziyyət çəkən sakinlərin suya gedən yolunu sanki naməlum "dev" kəsib. Bu barədə AzadlıqRadiosunun “Qaynar xətt”inə Xızı sakinləri yazır:

“Xızıda su tapmaq qədər əzablı iş yoxdur. Camaat yayın qızmarında susuzluqdan yanır. Bu şəhərdə su problemi həmişə olub. Əvvəllər bulaq hesabına birtəhər susuzluq problemini həll edə bilirdik. İndi bu da yoxdur”.

BU İL SU OLACAQDI...

Xızılılar yazırlar ki, su problemini başçıya çatdırmaq üçün qəbuluna düşə bilmirlər.

“Başçımız Yardımlıdan gəlib. Xızıya təyin olunduğu vaxtdan can atırıq, ancaq qəbuluna düşə bilmirik”.

Xızıda 2012-ci ildə Xızının su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üçün təməlqoyma mərasimi keçirilib: “Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov, Yaponiyanın Azərbaycandakı səfiri və Xızının icra başçısı tədbirdə iştirak ediblər. Həmin vaxtkı vədlərə görə, 2 il sonra – yəni bu il Xızı içməli su ilə tam təmin olunacaqmış.

Sakinlər:

“Biz də sevindik. Dedik, 2 il də birtəhər dözərik, təki su gəlsin. Artıq 2014-cü il də də başa çatmaqdadır. Su isə hələ də yoxdur”.

SAKİNLƏRƏ NÖVBƏTİ ÜMİD

“Azərsu” ASC-dən bildirilib ki, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin maliyyə dəstəyi ilə 2 ildir ki, Xızı şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi həyata keçirilir. Ötən müddət ərzində Qars su mənbəyinin bərpası, eləcə də Xızı şəhərinədək polad borularla magistral su kəmərinin tikintisini başa çatıb. Tikinti işlərini "Azərsutəchizattikinti" Açıq Səhmdar Cəmiyyəti həyata keçirir. Layihə qzrə işlər davam edir və yaxn vaxtlarda sakinlər sudan korluq çəkməyəcəklər.

XS
SM
MD
LG