Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:06

İl ərzində partiyaya veriləcək ianə 10 min manatı ötməməlidir


Milli Məclis

Milli Məclis

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə Sosial siyasət komitəsinin sentyabrın 16-d keçirilən birgə iclasında “Siyasi partiyalar haqqında” qanuna əlavə və dəyişiklik müzakirəyə çıxarılıb.

APA-nın məlumatına görə, layihə barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

Qanuna yeni 18-1. maddəsi əlavə olunur. Yeni maddəyə görə, üzvlük haqqı siyasi partiya üzvləri tərəfindən pul formasında mütəmadi ödənilən vəsaitdir. Üzvlük haqqının məbləği siyasi partiyanın nizamnaməsi ilə müəyyən edilir və bu məbləğdən artıq ödənişlər ianə hesab edilir.

Daha bir əlavədə isə deyilir ki, şəxsin bir və ya bir neçə partiyaya il ərzində verdiyi ianələr 10 min (on min) manatdan yuxarı ola bilməz.

Qanunun 12-1.1.2-ci maddəsinə edilən dəyişikliyə əsasən “hər il maliyyə hesabatını müvafiq icra hakimiyyəti orqanına” sözləri “bu qanunun 21.2-ci maddəsində nəzərdə tutulmuş maliyyə hesabatını və 21.4-1 maddəsində nəzərdə tutulmuş məlumat və sənədləri Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına” sözləri ilə əvəz edilir.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG