Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 10:18

Dünya universitetləri reytinqinə Azərbaycandan 3 universitet düşüb


Dünyanın ən yaxşı ali təhsil müəssisəsi Massaçusets Texnoloji İnstitutudur (MİT).

1990-cı ildə yaradılan və ali təhsil dünyanın aparıcı informasiya mənbəyinə çevrilən QS - Quacquarelli Symonds dünya universitetlərinin reytinqini hazırlayıb.

Cədvələ görə, Azərbaycanın ən yaxşı universiteti Qafqaz Universitetidir. O, dünyada 651-700-cü yerləri bölüşür.

Siyahıda Azərbaycandan daha 2 universitetin adı çəkilir. Bakı Dövlət Universiteti və Xəzər Universiteti ilk 700 universitet siyahısına düşməyiblər. Onların yeri 701+ kimi göstərilir. İlk 700 universitet siyahısına düşə bilməyən, ancaq adı çəkilən universitetlərin hamısı 701+ qrupunda göstərilir.

Ümumi reytinqə qayıtsaq, cədvəldə 1-ci yerdə MİT-dir. 2-ci yerdə Kembric universiteti, 3-cü yerdə Londonun İmperial Kollecidir.

Rusiyanın ən yaxşı universiteti- Moskva Dövlət universiteti dünyada 114-cüdür.

Qazaxıstanın Al-Farabi universiteti dünyada 305-cidir.

Gürcüstanın və Ermənistanın universitetləri reytinqə düşə bilməyib.

XS
SM
MD
LG