Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:55

Ukrayna və Avropa Birliyi pralamentləri Assosiasiya sazişini ratifikasiya etdi


Ukrayna parlamenti və Avropa Parlamenti sentybarın 16-da Assosiasiya sazişini ratifikasiya etdi.

Bu saziş Ukrayna ilə Avropa Birliyi arasında siyasi və iqtisadi əlaqələri möhkəmləndirir.

Prezident Poroshenko Ukraynalı deputatlara deyib ki, bu, Avropa Birliyində üzvlüyə doğru ilk və çox mühüm addımdır.

Keçən il Assosiasiya sazişini imzalamaqdan imtina edən Ukrayna prezidenti Yanukovich hakimiyyətdən getməli oldu.

Sentyabrın 12-də Avropa Birliyi və Ukrayna Assosiasiya Sazişinin azad ticarət hissəsinin icrasının 2015-ci ilin sonunadək təxirə salınması barədə razılığa gəldi.

XS
SM
MD
LG