Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 12:43

Elektroşok qurğusundan istifadə halları məhdudlaşdırıla bilər


Elektroşok

Elektroşok

Azərbaycanda polis əməkdaşlarının elektroşok qurğusundan istifadəsi məhdudlaşdırılır.

“Trend” xəbər verir ki, bu barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirələr gedib. Komitə sədri Əli Hüseynli bildirib ki, prezident Milli Məclisə “Polis haqqında” qanuna dəyişikliklərin edilməsi haqqında qanun layihəsi təqdim edib. Qanun layihəsinə əsasən, elektroşok vasitələri bir neçə halda istifadə edilə bilər.

Məlumatda deyilir ki, elektroşok vasitələri insan həyatına və sağlamlığına real təhlükə yaradan basqın və ya digər zorakılıq edildikdə, qiyam və ya kütləvi ixtişaşlar baş verdikdə, yaşayış binalarına, habelə müəssisələrin, idarələrin, təşkilatların binalarına qrup halında basqın dəf edildikdə, tutulan şəxs tərəfindən silahlı müqavimət göstərildikdə və ya göstəriləcəyinə kifayət qədər əsas olduqda istifadə oluna bilər. Bununla yanaşı, cinayət törədilməsində şübhələnildiyinə görə tutulmuş, barəsində həbs qətimkan tədbiri seçilmiş və ya məhkumların həbsdən qaçmasının qarşısını aldıqda, habelə bu şəxsin qanunsuz azad edilməsi üçün kənar şəxslər tərəfindən güc işlədildikdə elektroşok vasitəsinin istifadəsi mümkün olacaq.

Hazırkı “Polis haqqında” qanuna görə, rota komandirinin, bölük komandirinin tapşırığına əsasən hər bir polis həmin qurğudan istifadə edə bilər. Dəyişikliklərdən sonra isə elektroşok qurğusunu gəzdirəcək zabitlərin dairəsi Daxili İşlər Nazirinin əmri ilə müəyyən ediləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG