Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:12

Partiya lideri adamlardan DNK testi götürməyi təklif edir-Mətbuat icmalı


Moldovada homoseksualların nümayişi
Moldovada homoseksualların nümayişi

-

Partiya lideri DNK testi götürməyi təklif edir ki, kimin homoseksual olmasını müəyyən etsinlər.

Britaniyanın keçmiş müdafiə naziri deyir ki, Putin Stalin kimi dəhşətli ola bilər. Rusiya isə İslam Dövləti Təşkilatından daha böyük təhlükədir.

Ukraynada prezidentin "sülh partiyası" və baş nazirin "müharibə partiyası".

Ekspertlərin fikrincə, rubl bundan da çox düşəcək.

Dünya mediası bu gün nədən yazır?

DNK TESTİ

İndependent qəzeti yazır ki, Qazaxıstanda “Gələcək” partiyasının sədri mitinq keçirib və deyib ki, homoseksuallıq qanundan kənar elan olunmalıdır. O qan analizi götürməyi təklif edir ki, “ degeneratlığı” bu testlə müəyyən etsinlər.

Dauren Babamuratov hesab edir ki,"homseksuallar Qazaxıstana təhlükədir".

Babamuratov misal çəkir ki, "Almatıda 14 gey klubu var. Onun fikrincə, Almatı Orta Asiyanın gey paytaxtına çevrilib."

Onun sözlərinə görə, "vəziyyət o həddə çatıb ki. homoseksuallar öz cinsi orientasiyasını gizlətmir."

O təklıif edir ki, "geylərə vəzifə tutmaq qadağan olunsun."

Babamuratovun fikrincə, kimin gey olmağını müəyyən etmək isə çox asandır, bunun üçün DNK testi götürülməlidir.

Qazaxıstanda homoseksuallıq əleyhinə qanunlar 1998-ci ildə ləğv olunub.

Ancaq yerli jurnalistlər deyirlər ki, Babamuratov qey təbliğatından narahatdır, ancaq Qazaxıstanda isə “gey təbliğagatı yoxdur, homo-fobiya var”.Yəni “homo”lardan qorxu var, nifrət var.

RUBLUN DÜŞMƏYƏ HƏLƏ YERİ VAR

Financial Times qəzeti yazır ki, rubl record aşağı həddə düşüb. Rubl 6 gündür ki, düşür. Rubl həm dollar, həm də avroya nisbətən düşməkdədir.

Sberbankın təhlilçisi Tom Levinson deyir ki, ukrayna ətrafındakı böhranıən və sanskiyaların harayacan gedəcəyini bilmək olmur.

Ancaq o deyir ki, rublun məzənnəsi Mərkləzi bankın müdaxilə edəcəyi həddən 3 faiz aralıdır. Ona görə bazarların hələ getməyə yeri var. Yəni rubl hələ düşə bilər.

Standard Bankın iqtisadçısı Tim Ash deyir ki, rubl zəifləməkdə davam edəcək. “Rubl nə qədər zəifləyə bilərsə, o qədər zəifləyəcək.”

MÜHARİBƏ VƏ SÜLH PARTİYALARI

Financial Times qəzeti yazır ki, Ukrayna siyasəti “sülh” və “müharibə” fraksiyalarına bölünüb.

Atəşkəs əldə olunadan iki partiya yaranıb- prezident Poroshenkonun ətrafında sülh partiyası və baş nazir Yatsenyukun ətrafında hərb partiyası.

Hətta bəziləri hesab edirlər ki, onlar özləri “yaxşı”, “pis” oyununu oynayırlar. Onlar hesab edirlər ki, bu, Putinə siqnaldır. Sülh partiyası ilə iş görmək istəməsə, onda hərb partiyası ilə üzləşəcək.

Ancaq ola bilsin ki, fikir ayrılığı doğrudan da prinsipialdır.

Həftəsonu Poroshenko və Yatsenyuk eyni mövzuda danışanda onların tonu fərqli idi.

Poroshenko deyirdi ki, sülh prosesinə şübhə edənlər var. Ancaq vaxt keçdikcə insanlar başa düşəcək ki, biz bu uzun yolun sonunda uğur qazanacağıq.

Yatsenyuk isə deyib ki, məqsədi Ukraynaın nəzarətə götürmək olan Rusiya prezidentinə Ukrayna heç vaxt inanmaycaq.

Keçmiş prezident Kucma isə bu fikirdədir ki, “Rusiya Donetsk və Luhanskı Moldova daxilində Dnestryanı Respublika olan kimi öz müstəqil qurumuna çevirə bilməyəcək.”

“Dünya bunu qəbul etməyəcək. Bu, Dnestryanı Respublika ilə olduğundan min dəfə pis olacaq.

Separtaizm xəstəliyi Rusiyanın öz daxilinə yayılacaq.”

PUTİN VƏ STALİN

Britaniyanın keçmiş müdafiə naziri Bob Ainsworth deyib ki, Putin Stalin kimi dəhşətli ola bilər.

Guardian qəzeti yazır ki, keçmiş müdafiə nazirinin fikrincə, hazırda hamı İslam Dövləti təşkilatının dünyada sülhə təhlükəsindən danışır, ancaq Rusiya daha böyük təhlükədir.

Ainsworth Putini niyə məhz Stalinlə müqayisə etməsini onunla izah edir ki, Stalindən sonra hələ heç bir lider Putin kimi belə aqressiv hərəkət etməyib.

Keçmiş müdafiə naziri İslam Dövləti Təşkilatınin insanlığa zidd hərəkətlərini etiraf edir, ancaq bildirir ki, onların arxasında dövlət dayanmır. Rusiya məsələsində isə vəziyyət çox ciddidir.

XS
SM
MD
LG