Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:12

-

AMEA-nın yaydığı xəbərə görə, bu qurumun Mərkəzi Elmi Kitabxanası (MEK)beynəlxalq əlaqələrini genişləndirməkdə davam edir.

Dünyanın fərqli elm ocaqları və kitabxanaları ilə əlaqələr quraraq 60-dan çox ölkə və 700-ə yaxın təşkilatla kitab mübadiləsi həyata keçirən MEK müxtəlif dərgilər, dəyərli vəsaitlərlə kitab fondunu zənginləşdirir.

Bu yaxınlarda Rusiyada fəaliyyət göstərən Degostini kampaniyası ilə əlaqə saxlayan MEK kompaniyanın məhsulu olan miniatür kitabları əldə etmək üçün oranın üzvü olub.

Əldə olunan razılaşmaya əsasən, kompaniya dünya ədəbiyyatının şedevrləri silsiləsindən 20 ədəd miniatür kitabı kitabxanaya göndərib.

Göndərilən kitabların içərisində F. Dostoyevskiy “İqrok”, A. İ. Qertsenin “Ktovinovat?”, A. K. Tolstoyun “İzbrannoe”, S.T.Aksakovun “Semeynaya xronika”, D. İ. Fonzivinin “Briqadir”, İ.S.Turqenevin “Zapiski oxotnika”, A. İ. Kuprinin “Poedinok”, İ. S. Turqenevin “Zapiski oxotnika”, A. Fransın “Vostanie anqelov”, M. Qorkinin“ Meşane” və s. əsərlər yer alır.

Günün bütün mövzuları

XS
SM
MD
LG