Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:31

Kabayeva Kreml-yönlü media şirkətinə sədrlik edəcək


Olimpiya gimnastı Alina Kabayeva

Olimpiya gimnastı Alina Kabayeva

Olimpiya gimnastı Alina Kabayeva Kreml-yönlü böyük media şirkətinə rəhbərlik edəcək.

Milli Media Qrupu sentyabrın 15-də deyib ki, Alina Kabayeva direktorlar şurasına sədrlik təklifini qəbul edib.

Şirkətə dövlətin Birinci Kanalı, İzvestia qəzetinin böyük hissəsi daxildir.

Milli Media Qrupuna maqnat Yuri Kovalchuk nəzarət edir. ABŞ Maliyyə Departamentinin sanksiyaları onu da hədəfə alıb. Səbəb kimi onun, Putin də daxil olmaqla yüksək rütbəli rəsmilərin «şəxsi bankiri» olması göstərilib.

31 yaşlı Kabayeva 2006-cı ildə gimnastika üzrə Olimpiya qızılı qazanıb.

O, sentyabrın 15-də Dövlət Dumasından istefa verib.

Kabayeva Rusiya prezidenti Vladimir Putinlə şəxsi münasibətləri olmasını yalanlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG