Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:22

Sentyabrın 16-da Kabildə talibançı intiharçı xarici əsgər karvanını partladıb. NATO-nun rəhbərlik etdiyi qüvvələrin azı 3 üzvü ölüb, 13 dinc sakin yaralanıb. Rəsmilər bildirir ki, partlayış ABŞ səfirliyi yaxınlığındakı yolda maşınları dağıdıb.

Ölən əsgərlərin milliyyəti hələlik bəlli deyil.

Əfqanıstanda mübahisəli prezident seçkisindən sonra gərginlik artıb. İlin sonuna xarici əsgərlərin çoxu ölkədən çıxmalıdır.

Vəzifədən gedən prezident Hamid Karzai sentyabrın 15-də rəqib namizədlər Ashraf Ghani Abdullah Abdullah ilə görüşüb, irəliləyişin olduğunu vurğulayıb.

Ghani-nin seçki kampaniyasının üzvü AzadlıqRadiosuna deyib ki, sentyabrın 16-da hakimiyyət bölgüsünə dair razılaşma imzalana bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG