Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:31

Hərbi təlimlərə 10 min nəfərədək mülki şəxsin cəlb edildiyi bildirilir


-

Azərbaycan Silahlı Qüvvələrinin bütün qoşun növlərinin, o cümlədən Türkiyə Respublikası Silahlı Qüvvələrinin hərbi hissələrinin cəlb olunması ilə irimiqyaslı əməliyyat-taktiki və komanda-qərargah təlimləri davam edir.

Sentyabrın 13-də başlayan təlimlər ayın 20-də bitəcək.

Müdafiə Nazirliyinin rəsmi məlumatına görə, ali baş komandanın şəxsi göstərişinə əsasən təlimlər zamanı birləşmə və hissələrin səfərbərlik tapşırıqlarının yerinə yetirilməsi səviyyəsinin yoxlanılması məqsədilə ehtiyatda olan 10 min nəfərədək hərbi vəzifəli təlim toplanışına cəlb edilib. Onlarla silah və hərbi texnikadan istifadə qaydaları üzrə praktiki məşğələlər, döyüş atışları, mənəvi-psixoloji hazırlıq və döyüş uzlaşması üzrə tədbirlər keçirilir.

XS
SM
MD
LG