Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:19

ABŞ azərbaycanlı fəalın deportasiyasından «narahatdır»


-

Birləşmiş Ştatlar bildirir ki, əslən azərbaycanlı olan ABŞ vətəndaşı Səid Nurinin bir neçə günlük «hədələmə və qorxudulma»dan sonra Bakıdan deportasiya olunmasından Azərbaycan tərəfə narahatlığını çatdırıb.

«Biz həm ictimai, həm də özəl şəkildə onlara narahatlığımızı aydın bildirmişik», ABŞ Dövlət Departamentinin sözçüsü Marie Harf sentyabrın 15-də söyləyib.

Keçmiş müxalifətçi fəal Nuri Azərbaycandan çıxarılıb və ona deyilib ki, heç vaxt geri qayıtmasın. Onun sözlərinə görə, aldığı elektron məktubda ona xəbərdarlıq olunub ki, Azərbaycanda qohumlarının qaldığını unutmasın.

«Azərbaycan hökumətinin vətəndaş cəmiyyəti qruplarına münasibətdə beynəlxalq insan hüquqları öhdəliklərinə əməl etməməsindən getdikcə daha çox narahat oluruq», Harf deyib.

Son aylar Azərbaycanda ictimai fəalların həbs dalğası hüquq-müdafiə təşkilatları tərəfindən pislənməkdədir.

XS
SM
MD
LG