Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:35

-

ABŞ ordusu bildirir ki, Bağdad yaxınlığında İslam Dövləti (İD) qruplaşmasının hədəflərini bombalayıb. İlk dəfədir ABŞ ordusu İraq paytaxtı yaxınlığında yaraqlıları hədəfə alır.

ABŞ Mərkəzi Komandanlığının məlumatına görə, sentyabrın 14-15-də iki hava zərbəsi endirilib. Məqsəd İraq qüvvələrini dəstəkləmək olub.

Bu hücumlar Prezident Barack Obama-nın İD-ə qarşı başlatdığı daha geniş missiyanın göstəricisidir.

Zərbələr nəticəsində altı İD maşını və döyüş mövqelərindən biri dağıdılıb.

30 ölkə rəsmisi isə Parisdə Bağdadı İD-lə mübarizədə «müvafiq hərbi yardımla» təmin etməyə razılaşıb.

İD hazırda İraq və Suriyada böyük ərazilər tutub. CİA-nın hesablamasına görə, qruplaşmanın 31.500 yaraqlısı var.

Günün bütün mövzuları

XS
SM
MD
LG