Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 10:05

İntiqam Əliyevin geri qaytarılan sovqatı qəbul olunub


İntiqam Əliyev
İntiqam Əliyev

-

Hüquq müdafiəçisi İntiqam Əliyev üçün nəzərdə tutulan və təcridxanadan geri qaytarılan pul və sovqat sentyabrın 14-də qəbul olunub.

Bu haqda AzadlıqRadiosuna İntiqam Əliyevin qızı Nərmin Əliyeva məlumat verib.

Onun bildirdiyinə görə, atası artıq sovqatı alıb:

«İki gün öncə qardaşım sovqat apararkən şəxsiyyət vəsiqəsinin üzərində olmamasını bəhanə gətirərək qəbul etməmişdilər. Halbuki, hər dəfə şəxsiyyət vəsiqəsiz qəbul ediblər. Dünən şəxsiyyət vəsiqəsini aparandan sonra problem həllini tapıb. Atam bu gün zəng etmişdi. Səhhəti və əhvalı normaldır. Bildirdi ki, pulu və sovqatı alıb. Problem ondadır ki, təcridxanada aparılan ərzaqları saxlamaq üçün soyuducu yoxdur. Bir də kamerada gecə-gündüz işıqları söndürmürlər».

Sentyabrın 14-də vəkil Anar Qasımlı AzadlıqRadiosuna bildirmişdi ki, İntiqam Əliyevə aparılan yemək və pulu təcridxana rəsmiləri qəbul etməyib.

Hüquq müdafiəçisi İntiqam Əliyev avqustun 8-də həbs edilib. O, qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərini aşmada ittiham olunur.

Nəsimi rayon Məhkəməsi onun barəsində 3 aylıq həbs qərarı verib.

«Amnesty International» təşkilatı hesab edir ki, bu həbs İntiqam Əliyevin insan haqlarının müdafiəsi sahəsindəki fəaliyyəti ilə əlaqədardır. Təşkilat onu «vicdan məhbusu» sayır.

XS
SM
MD
LG