Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:19

Nursultan Nazarbayev «Qazaxqeyt»lə əlaqədar nigaran olmaya bilər


Prezident Corc Buş Qazaxıstan prezidenti Nursultan Nazarbayevi qəbul edir, Vaşinqton, 29 sentyabr 2006
Prezident Corc Buş Qazaxıstan prezidenti Nursultan Nazarbayevi qəbul edir, Vaşinqton, 29 sentyabr 2006

ABŞ prezidentinin 2004-ci ilin yanvarında imzaladığı və barəsində az adamın məlumatı olduğu təlimat sənədilə rüşvətxorluqla əlaqəsi olan xarici rəsmi nümayəndələrin ölkəyə gəlişinə qadağa qoyulur. Lakin «Freedom House»un Orta Asiya proqramının baş meneceri Saşa Qupmanın dediyinə görə, prezident Buşla Ağ Evdə görüşən Nursultan Nazarbayev «Qazaxqeyt»lə əlaqədar nigaran olmaya bilər: «Bu səfərilə o, faktiki olaraq adını təmizə çıxartmağa səy göstərir. «Qazaxqeyt»in adı çəkilməsə də, ABŞ hökumətinin onun səfərinə icazə verməyinin özü belə onun xeyrinə olan ciddi hüquqi əsasdır».



«Qazaxqeyt» adı almış qalmaqal amerikalı biznesmen Ceyms Giffenin Nursultan Nazarbayev və baş nazir Nurlan Balgimbayevə milyonlarla dollar rüşvət verməsi barədə ittihamlardan sonra yaranıb


Qazaxıstan hökuməti cənab Nazarbayevin ABŞ-a səfəri ərəfəsində «New York Times» və «International Herald Tribune» qəzelərində reklam xarakterli «Qazaxıstan 21-ci əsrdə - bayıra baxış» sərlövhəli məqalələlər dərc etdirib. Geniş oxucu kütləsinə hesablanmış həmin yazılarda Qazaxıstan kosmopolit və müxtılif dinlərə dözümlü, möhkəm iqtisadiyyatı və cazibəli təbiəti olan bir ölkə kimi təsvir olunur. Qazaxıstanın reklamı Britaniyanın BBC televiziya kanalında da nümayiş etdirilib.

Saşa Qupmanın fikrincə, bütün bunlar ictimai rəy yaratma kampaniyasının tərkib hissələridir: «O, Vaşinqtonda və ABŞ-da öz ölkəsində etdiyini – şəxsiyyətinə pərəstiş yaratmağa çalışır. Eyni strategiyanı Birləşmiş Ştatlara tətbiq etmək istəyir. Ağlım kəsmir, bunlar nə qədər effektiv ola bilər. Məncə, bu, səfeh reklamdır və ABŞ-da ona diqqət yetirən tapılarsa, dərhal həqiqi xəbərlərlə uyğunsuzluqları görər, adamların rəyinə abırsızcasına nüfüz etmək cəhdini».



«Nazarbayevlə Qazaxıstan haqda düşünülənlərin əksəriyyəti heç də həqiqi hüquqi situasiyanı əks etdirmir. Heç kim onu cərimə etmək, yaxud həbsxanaya atmaq niyyətində deyil. Bu, ictimai rəy yaratma oyunudur»
Orta Asiya üzrə başqa ekspert, Toronto Universitetinin professor köməkçisi Edvard Şats bidirib ki, Qazaxıstan xarici təbliğata bütün Orta Asiya ölkələrindən xeyli çox pul sərf edir: «Bu, anormal haldır və ölkə sakinlərinin sayı ilə adam başına hesablasaq, təbliğata dollarla gedən xərclər Qazaxıstan üçün tamamilə heyrətləndiricidir».

«Azad Avropa – Azadlıq» radioları müxbirinin Qazaxıstanın Vaşinqtondakı səfirliyindən həmin reklamların qiyməti və nəzərdə tutulan təsiri haqda məlumatı şərh eşitmək cəhdi baş tutmadı.


2002 və 2003-ci illərdə «Qazaxqeyt» qalmaqalı mətbuatın baş sərlövhələrinə çıxan zaman çox adam düşünürdü ki, Nazarbayev, hüquqi təqiblərdən immun olunmasına təminat almadan, daha Birləşmiş Ştatlara getməyə cəsarət etməz. Ssenarilərin birində hətta ehtimal olaraq onun səfəri zamanı məhkəməyə çağırış alması, şahid qismində ifadə verməyə məcbur edilməsi təsvir olunurdu. Lakin Saşa Qupmanın fikrincə, belə ehtimalı artıq nəzərə almamaq olar: «Nazarbayevlə Qazaxıstan haqda düşünülənlərin əksəriyyəti heç də həqiqi hüquqi situasiyanı əks etdirmir. Heç kim onu cərimə etmək, yaxud həbsxanaya atmaq niyyətində deyil. Bu, ictimai rəy yaratma oyunudur. «Qazaxqeyt» yenicə üzə çıxanda, yadınızdadırsa, böyuk qalmaqal qopdu. O zaman Qazaxıstana xarici sərmayə qoyuluşuna bunun təsirindən nigaranlıq var idı və qısa müddətdə doğrudan da investisiyalara bunun mənfi təsiri oldu. Bu gün isə məsələyə marağın əhəmiyyətli şəkildə azaldığını görürük».


Toronto Universitetindən olan Edvard Şatsın rəyinə görəsə, N.Nazarbayevin ABŞ-a səfəri bir qədər riskli olsa da belə riskə getməyə dəyər: «Ona daimi, ya müvəqqəti «yaşıl işıq» yandırılması istənilən halda danılmaz hüquqi qələbəsidir. Mənə elə gəlir ki, Nyu-York məhkəməsində olan şikayətlə əlaqədar ssenarilərin qarşısını almaq mümkün deyil. Amma məncə, bu hərəkəti ilə Nazarbayev, ictimai rəy yaratmaqdan ötrü, özünə qarşı heç bir ssenari nəzərdə tutulmamasına inam nümayiş etdirir, hərçənd əslində, onda belə inam olmaya bilər. Bu, etimad yaratmağa hesablanmış və daxili müxalifəti ilə onun münasibətləri baxımından çox mühüm addımdır».


Nursultan Nazrbayevə rüşvət ödəməkdə ittiham olunan Ceyms Giffenin vəkili Stiven Koen «Azad Avropa – Azadlıq» radiolarına bildirib ki, məhkəməni təxirə salmaq məqsədilə müəyyən hüquqi tədbirlər nəzərdə tutulub:


«Hazırda məhkəmə yanvarın ortalarına təyin edilib. Mənə isə hüquqi tədbirlər görmək tapşırılıb. Xeyr, o, günakar deyil və mən bunu məhkəmədə təqdim edəcəyəm».


İttiham tərəfi «Azad Avropa – Azadlıq» radiolarının Giffenin məsələsini şərh etmək xahişini rədd edib.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG