Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:04

10 ölkədə yeni iPhone-ların satışı başlayır


Sentyabrın 15-də hər bir ölkədə yerli vaxtla saat 8-də ABŞ, Avstraliya, Kanada, Fransa, Almaniya, Honq Konq, Yaponiya, Puerto Riko , Sinqapur və Britaniyada yeni iPhone 6 və iPhone 6 Plus-un satışı başlayır.

Daha 26 ölkədə bu satışlar sentyabrın 26-sı başlanacaq.

Apple öz bəyanatında bildirir ki, yeni iPhone-lara tələb gözlənildiyindən qat-qat çox olub. Cümə günü ilk satış başlanandan sonra 24 saat ərzində yeni telefonları almaq istəyənlərin sayı 4 milyonu keçib.

Apple bildirir ki, sifarişlər sentyabr boyu yerinə yetiriləcək, ancaq sifarişlərin çoxu oktyabrda reallaşaşacaq.

XS
SM
MD
LG