Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:22

15 ölkənin 1300 hərbçisinin iştirakı ilə Ukraynanın qərbində hərbi təlim başlanıb.

Təlimlərdə 200 amerikalı hərbçi iştirak edir.

Təlimlərdə atəş açılmır, ancaq bu təlimlər ABŞ quru qoşunlarını Krım anneksiya olunandan sonra ilk dəfədir ki, Ukrayna ərazisinə gətirib.

Təlimlər sentyabrın 26-da bitəcək.

Hərbi təlim Ukraynanın Yavoriv hərbi bazasında başlanıb, bu baza Polşa ilə sərhəddədir.

Silahlı yaraqlıların nəzarətində olan Donetskdə şəhər hakimiyyəti bildirib ki, sentyabrın 14-də atəşkəsin pozulması ilə 6 adam ölüb.

Atəşkəs sazişini Donetsk adından imzalamış Zakharchenko hökumət qoşunlarını atəşkəsi dəfələrlə pozmaqda ittiham edib. O deyib ki, Ukrayna ilə gələcək danışıqlar mənasız olub.

ATƏT müşahidəçiləri deyiblər ki, onların komandası iki dəfə atəşə tutulub, ancaq xəsarət alan yoxdur.

Günün bütün mövzuları

XS
SM
MD
LG