Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:32

Baş nazir prezident Margvelashvili ilə münasibətlərin pisləşdiyini etiraf edir


Gürcüstanın baş naziri Garibashvili öz komandası ilə prezident Margvelashvilinin administrasiyası arasında gərginlik olmasını təsdiqləyib.

Sentyabrın 15-də Garibashvili tələbələr qarşısında çıxış edərkən deyib ki, o, Margvelashvili ilə münasibətlərin belə kəskin pisləşəcəyini gözləmirdi.

Mübahisə BMT Baş Məclisinə kimin getməsi üstündədir.

Sentyabrın 11-də prezident bildirdi ki, ayın axırında Nyu Yorkda BMT Baş məclisinin toplantısına o gedəcək. Bundan əvvəl isə, iyul ayında baş nazir Garibashvili demişdi ki, BMT baş məclisinə onun özü getmək istəyir.

Margvelashvili niyə məhz prezidentin getməli olduğunu BMT baş katibi Banki Moondan dəvətin məhz ona gəlməsi ilə izah edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG