Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:43

Khamenei deyir ki, İran ABŞ-ın əməkdaşlıq təklifini rədd edib


İran lideri Ayətullah Ali Khamenei deyib ki, ABŞ İraqda və Suriyada İslam Dövlətinə qarşı mübarizədə İrana əməkdaşlıq təklif edib, İran bu təklifi rədd edib.

Bununla belə, ABŞ rəsmi olaraq İran və ya Suriyanın İslam Dövlətinə qarşı koalisiyada iştirakının qəti əleyhinədir.

Khamenei öz bəyanatını sentyabrın 15-də xəstəxananı tərk edəndə verib. O, prostatdan əməliyyat olunmuşdu.

Parisdə 26 ölkənin koalisiya məsələsini müzakirə etdiyi konfrans ərəfəsi ABŞ Dövlət katibi John Kerry demişdi ki, İranın Paris konfransında iştirakı məqsədə uyğun olmazdı.

İranın xarici işlər nazirinin müavini Hossein Amir –Abdollahian sentyabrın 15-də Paris konfransı haqda deyib ki, Suriya prezidenti Bashar Assadin iştirakı olmadan İslam Dövləti yaraqlılarını məğlub etmək mümkün deyil.

XS
SM
MD
LG