Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:32

Parisdə 26 ölkə İslam Dövləti yaraqlılarına qarşı mübarizəni müzakirə edir


İraq prezidenti Fuad Masum İslam Dövləti yaraqlılarına çevik və mütəmadi hava zərbələrinə çağırıb.

O deyib ki, əgər dərhal tədbir görülməsə, islamçı yaraqlılar daha böyük əraziləri tutacaq.

Masum bu sözləri Parisdə 26 ölkənin iştirakı ilə keçirilən konfransda deyib.

Konfransda İslam Dövləti yaraqlılarına qarşı koalisiyanın necə işləməli olduğu müzakirə edilir.

Masum deyib ki, radikal addımlar tələb olunur. O bildirib ki, bu yaraqlılar quldurdurlar, soiyqırımı və insanlıq əleyhinə cinayətlərt törədirlər.

Masum bu təşkilatın maliyyə mənbələrini kəsməyə və qanunvericiliklə onların müxtəlif ölkələrdən könüllülər cəlb etməsinin qabağını almağa çağırıb.

Fransa prezidenti Hollande deyib ki, islam dövləti yaraqlıları dünyaya təhlükədir, ona görə onlara reaksiya da qlobal olmalıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG