Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:42

-

Gənclərin «Start» IX Beynəlxalq film festivalına hazırlıqlar başlanıb.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin festivalın direktoru Fehruz Şamıyevə istinadla yaydığı xəbərə görə, Gənclər və İdman Nazirliyi, Cəfər Cabbarlı adına «Azərbaycanfilm» Kinostudiyası, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və «Cinema» Gənc Kinematoqrafçılar Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək builki festival bir sıra yeniliklərlə yadda qalacaq.

İlk yeniliklərdən biri təşkilatçılar sırasına «Azərbaycanfilm» kinostudiyasının qoşulması olub.

Son iki ildə kinostudiya gənc kinematoqrafçıların yaradıcılığı ilə bağlı bir çox layihələr həyata keçirib.

Kinostudiyanın «Start» Beynəlxalq film festivalına dəstək olması da məhz bu layihələrin davamıdır.

Qafqazın ən böyük qısametrajlı film yarışması olan «Start»da bu ildən etibarən festivalın qaliblərinə «Qızıl nar» mükafatı təqdim olunacaq.

F. Şamıyev deyib ki, yaxın günlərdə filmlərin qəbuluna başlanacaq.

Hər il festivalda iştirak etmək istəyən gənclərin və onların təmsil etdiyi ölkələrin sayı artır.

İştirakçı olmaq arzusunda olan ölkələrin əksəriyyəti kino ənənəsi olan dövlətlərdir.

Belə dövlətlərin sırasında Fransa, Rusiya, Almaniya, İran, Serbiya, İspaniya və b. var.

Günün bütün mövzuları

XS
SM
MD
LG