Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:52

-

Britaniya Kraliçası 2-ci Yelizaveta (Elizabeth II) deyir ki, şotland seçicilərin bu həftə müstəqillik referendumunda gələcəklərinə səs verərkən «diqqətlə düşünəcəklərinə» ümid edir. Kraliça 18 sentyabr səsverməsi barədə ictimai fikir bildirməmişdi. Həmin referendumda Şotlandiyanın müstəqil olacağı, yaxud Böyük Britaniyanın tərkibində qalacağı səsə qoyulacaq.

88 yaşlı kraliça Şotlandiyadakı malikanəsi yaxınlığındakı kilsədən çıxandan sonra deyib ki, «Ümid edirəm insanlar gələcəkləri barədə diqqətlə düşünəcəklər».

Kral ailəsindəki mənbənin sözlərinə görə, kraliça «konstitusion baxımdan qərəzsizdir, həmişə deyib ki, referendum Şotlandiya xalqının işidir».

Səsvermənin nəticəsindən asılı olmayaraq, anası şotland olan kraliça Şotlandiya dövlətinin başçısı vəzifəsində qalacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG