Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:42

«Bakı Metropoliteni» bu gündən qış qrafikinə keçib


-

Bu gündən etibarən «Bakı Metropoliteni» QSC qatarların qış qrafiki üzrə hərəkəti təmin edib. Bu barədə «APA-Economics»ə «Bakı Metropoliteni»nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib.

Onun sözlərinə görə, iyulun 17-dən etibarən metropoliten yay qrafiki ilə fəaliyyət göstərib: «Bu qrafikə görə xəttə buraxılan qatarların sayı 24 cüt, qatarlar arasındakı intervallar isə 4-6 dəqiqə artırılıb. Biz sərnişin sıxlığını nəzərə alaraq bu addımı atmışdıq».

N. Paşayev deyib ki, yay rejimində gündəlik olaraq metronun xidmətindən 400-450 min sərnişin istifadə etdiyi halda, qış rejimində metrodan gündəlik olaraq 700 min sərnişin istifadə edir.

QSC rəsmi bildirib ki, sentyabrın 15-dən etibarən «Bakı Metropoliteni» qış qrafiki ilə fəaliyyət göstərir: «Bununla bağlı artıq xətlərə 30 cüt qatar buraxılıb. İntervallar da maksimum dərəcədə azaldılıb. Pik və qeyri-pik saatlarında intervalların vaxtı artırılıb. Hazırda intervallar arasında 1,5-2,5 dəqiqədir».

XS
SM
MD
LG