Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:09

-

Birləşmiş Ştatlar ilk dəfə olaraq basketbol üzrə dünya kubokunu qazanıb. Amerikalılar sentyabrın 14-də Madriddə keçirilən final yarışında Serbiya komandasını 129-92 hesabıyla məğlub edib.

Serbiya ilk dəfə müstəqil ölkə kimi Dünya Çempionatının finalında oynayırdı. 2009-cu ildə Avropa çempionatında isə Serbiya komandası gümüş medal qazanıb.

Minlərlə serbiyalı azarkeş oyunu paytaxt Belqradda böyük video ekranlarda izləyib. Oyundan sonra leysan yağış yağmasına baxmayaraq, azarkeşlərdən çoxu milli bayraqlarla küçələrə çıxıb.

Avropa çempionu olan Fransa isə sentyabrın 13-də Litvanı 95-93 hesabıyla məğlub edərək bürünc medal qazanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG