Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:49

Rusiyada hakim partiya namizədləri seçkidə önə çıxır


-

Rusiyada regional seçkilərin ilkin nəticələri açıqlandıqca, hakim Vahid Rusiya Partiyası namizədlərinin önə çıxdığı bəlli olub.

Primorksi əyalətində hazırkı qubernator Vladimir Miklushevsky səslərin 77 faizini toplayıb. Altay əyalətində Aleksandr Karlin 75 faizlə öndədir.

Moskvada müxalifətdə olan Yabloko partiyası bildirib ki, şəhər Dumasına seçkilərin nəticələrini boykot edə bilər. Partiya seçki kampaniyasının ədalətli olmadığını deyir.

Vahid Rusiya Partiyası Krım yarımadasında da səslərin 70 faizindən çoxunu topladığını bildirir. Ukrayna anneksiya edilmiş ərazisində seçkiləri qanunsuz elan edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG