Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 19:09

-

Sentyabrın 15-də Parisdə İslam Dövləti (İD) qruplaşmasının yaratdığı təhlükəyə dair beynəlxalq konfrans başlanır. 26 ölkədən rəsmilər qatılacaq. Yaxın Şərqə səfərini yenicə başa vurmuş ABŞ Dövlət katibi John Kerry də konfransa gedəcək. O, Yaxın Şərqdə ABŞ-ın İD-ə qarşı kampaniyasına dəstək toplayıb.

Sentyabrın 14-də ABŞ Dövlət Departamentinin rəsmisi deyib ki, bir sıra ərəb ölkələri İD yaraqlılarına hava zərbələri endirməyi təklif edib. İD hazırda İraq və Suriyada böyük əraziləri tutub.

Hələlik yalnız Fransa İD hədəflərinə ABŞ zərbələrinə qoşulmağı ictimai şəkildə təklif edib.

ABŞ prezidenti Barack Obama sentyabrın 10-da bildirib ki, Vaşinqton hava zərbələrini artıracaq və bu silahlı qrupun məhvi üçün beynəlxalq koalisiya yaradacaq

Günün bütün mövzuları

XS
SM
MD
LG