Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:09

Qətliamdan 4 ay sonra Yəhudi Muzeyi yenidən açıldı


Polis Yəhudi Muzeyini dövrəyə alıb, Brüssel, 24 may, 2014.
Polis Yəhudi Muzeyini dövrəyə alıb, Brüssel, 24 may, 2014.

Brüsseldəki Yəhudi Muzeyi 4 nəfərin muzeydə öldürülməsindən 4 ay sonra - sentyabrın 14-də qapılarını yenidən açdı.

Muzeyin yenidən açılışı Belçikanın baş naziri Elio Di Ruponin qatıldığı təntənəli mərasimlə qeyd edildi.

Muzey bu ilin mayın 24-dən qapadılmışdı. Həmin gün naməlum şəxs "Kalaşnikov" avtomatından atəş açaraq muzeydə yəhudi cütlüyü, bir belçikalı kişini və bir fransız qadını öldürmüşdü.

Fransız vətəndaşı olan, 2013-cü ildə Suriyada islamçı üsyançıların tərəfində vuruşmuş Mehdi Nemmouche hadisədə şübhəli bilinib.

XS
SM
MD
LG