Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:15

“Human Rights Watch”: "Uşaqların öldüyü hava zərbəsi araşdırılsın!"


“Human Rights Watch” beynəlxalq insan haqları təşkilatı İraq hava qüvvələrinə qarşı istintaqın başladılmasına çağırıb.

Yaraqlılara qarşı hava zərbələri zamanı 24-ü uşaq olmaqla 31 mülki vətəndaş da ölüb. Öldürülən qaçqınlar məktəbə sığınıbmışlar.

İraqın yeni baş naziri sentyabrın 13-də insan tələfatını minimuma endirmək üçün yaşayış məntəqələrində atəşi dayandırmaq əmri verib.

Hava hücumu al-Alam qəsəbəsində olub.

Sağ qalan üç hadisə şahidinin sözlərinə görə, hücum vaxtı məktəbin yaxınlığında heç bir hərbi texnika və ya yaraqlı görməyiblər.

İraq rəsmiləri məhtəb yaxınlığından keçən döyüş maşınını hədəf aldıqlarını bildiriblər. “Human Rights Watch” bu açıqlamanı şübhə altına alır.

XS
SM
MD
LG