Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:27

Onlarla müxalifət fəalı saxlanıb


Pakistan məhkəməsi 100 fəalı qanunsuz aksiya keçirdiyinə görə 2 həftə azadlıqdan məhrum edib.

Sentyabrın 13-də İslamabadda məhkəmə önünə toplaşan nümayişçilər bu qərara etiraz edib.

Polislə nümayişçilərin bir neçə saat qarşı-qarşıya dayanmasından sonra nümayiş insidentsiz başa çatıb.

Yüzlərlə pakistanlı bir aya yaxındır ölkənin paytaxtı İslamabadda hökümətin istefası tələbi ilə aksiya keçirir. Aksiyalara keçmiş kriket ulduzu Imran Khan və ilahiyyatçı Tahir ul-Qadri rəhbərlik edir. Onlar hakimiyyəti ötən il keçirilən seçki nəticələrini saxtalaşdırmaqda ittiham edir.

XS
SM
MD
LG