Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 10:52

-

Moskvadan Qəbələyə uçan A-320 sərnişin təyyarəsi Həştərxan aeroportuna enməli olub.

"İnterfax" agentliyinin məlumatına görə, buna səbəb sərnişinlərdən birinin "qeyri-adekvat davranışı" olub.

Hadisə sentyabrın 13-də axşam baş verib.

Məlumata görə, içkili vəziyyətdə olan kişi sərnişin stüardessaların işinə maneçilik törədib, onlarla qarşı kobudluq edib, uçuş zamanı gözlənilməli davranış qaydalarına riayət etmək tələblərini rədd edib.

Həştərxan aeroportundakı məcburi enişdən sonra polis əməkdaşları onu təyyarədən düşürüb. O, polis tərəfindən saxlanıb.

Məlum olub ki, bu, əslən Azərbaycandan olan Rusiya vətəndaşıdır.

İnsidentə görə, təyyarə 7 saat ləngiyib.

Avqustun 26-da daha bir azərbaycanlının Dubay-Moskva reysində eyni davranışına görə təyyarə Yerevan aeroportuna məcburi eniş etmiş, ona sakitləşdirici iynə vurulduqdan sonra uçuş davam etmiş, xuliqan Moskva polisinə təhvil verilmişdi.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG