Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:03

Həbs edilmiş qadın azarkeşin ailəsi İran hökumətinə müraciət etdi


İran əsilli britaniyalı qadın Ghoncheh Ghavami-nin ailəsi onun azad edilməsi üçün İran hökümətinə müraciət edib.

G.Ghavaminin 25 yaşı var. O İyunda kişi voleybol yarışlarına qadınların buraxılmamasına etiraz edən zaman həbs edilib.

Onun qardaşı İman deyir ki, bacısı sadəcə stadiona girib və yarışı izləmək istəyib.

İranda 1979-cu ildəki İslam inqilabından sonra qadınların futbol stadionlarına getməsi qadağan olundu.

2012-ci ildə İranın idman və gənclər nazirliyi bu qadağaya voleybol yarışlarını da əlavə etdi.

İran rəsmiləri bildirirlər ki, stadionlarda qadınlarla kişilərin birlikdə olması ictimai maraqlara uyğun deyil və bu qadağa həm də qadınların öz marağındadır.

Bu qadağa 2014-cü ilin iyununda aktuallaşdı. İyunun 13-də Voleybol üzrə Dünya Liqası yarışlarında İranla Braziliya Tehranda qarşılaşanda iranlı qadınları Azadi stadionuna buraxmadılar, Braziliya qadınları isə sərbəst keçdilər.

İyunun 20-də İran İtaliya ilə qarşılaşanda Ghavami də daxil, onlarla qadın Azadi stadionu qarşısında etiraz aksiyasına çıxdı. Onlar qadınların voleybol yarışlarına buraxılmaması qadağasına etiraz edirdi. Hadisənin şahidi olan jurnalistlərin dediyinə görə, polis qadın etirazçıları döyərək dağıtdı, bir neçə qadın həbs olundu.

XS
SM
MD
LG