Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:24

Kredit qalmaqalında adı hallanan məktəb direktoru işdən qovulub


-

Bakı Şəhər üzrə Təhsil İdarəsi 171 nömrəli orta məktəbin direktoru İradə Murquzovanın vəzifəsindən azad olunması ilə bağlı açıqlama yayıb.

apa bildirir ki, Təhsil İdarəsi KİV-də İradə Murquzova ilə bağlı dərc olunmuş materialları araşdırıb. Bəlli olub ki, İradə Murquzova müvafiq normativ qaydaları pozaraq məktəbdə müxtəlif banklar, güzəştli kreditlər, faiz dərəcələri və s. barədə təbliğat aparılmasına şərait yaradıb.

Bakı Təhsil İdarəsi deyir ki, direktor qulluq mövqeyindən sui-istifadə edərək məktəbin müəllimi Kifayət Rzayevanın adına «Bank of Baku»dan götürdüyü 4 min manat kreditin ödənişini aparmayıb. Nəticədə K.Rzayevaya qarşı məhkəmədə iddia qaldırılıb.

İradə Murquzova bir müddət əvvəl mətbuata müsahibəsində haqqında deyilənlərin böhtan olduğunu söyləyib. O, heç kimin adına bankdan kredit götürmədiyini deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG