Keçid linkləri

2017, 17 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 05:18

-

Cənubi afrikalı paralimpiyaçı Oscar Pistorius qız dostu Reeva Steenkamp-ın ölümündə təqsirli sayılıb.

Hadisə 2013-cü ilin fevralında baş verib.

Oscar Pistorius qəsdən qətl törətmək ittihamından yaxa qurtarıb, amma onu ehtiyatsızlıqdan adam öldürmək ittihamıyla da 15 ilədək həbs gözləyə bilər.

Hakim Oscar Pistorius-u evində, hamam otağında tapançasından 4 dəfə atəş açarkən düşüncəsiz və etinasız davranışda təqsirləndirib.

Paralimpiyaçı ilə bağlı məhkəmə hökmü oktyabrın 13-də veriləcək.

Oscar Pistorius sevgilisini qəsdən öldürmədiyini deyir. O bildirir ki, vanna otağından səs eşidəndə evə oğru soxulduğunu zənn edib və fikirləşmədən tapançasını əlinə alıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG