Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:27

-

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı Bakı aeroportunda saxlanılıb. O, Berlindən, qatıldığı tədbirdən qayıdırmış.

Bu barədə azadliq.info-ya M.Qəhrəmanlının özü məlumat verib.

Qəhrəmanlı bildirib ki, Bakı aeroportunda hər hansı izahat verilmədən pasportu əlindən alınıb və ölkəyə girişinə imkan verilməyib.

Onu Sərhəd Xidməti və Gömrük Nəzarəti əməkdaşları bütün əşyaları da daxil olmaqla yoxlayıblar. Hüquq müdafiəçisinə irad tutulub ki, ölkədən çıxarkən üzərindəki valyuta barədə niyə bəyannamə yazmayıb. O da cavab verib ki, üzərində bəyannaməyə daxil edilməsi zəruri olan məbləğdə valyuta olmayıb. Daha sonra ona bəyannamə yazdırmaq istəyiblər. Hüquq müdafiəçisi isə öz ölkəsinə girdiyi üçün buna ehtiyac olmadığını deyib və bundan imtina edib.

Mirvari Qəhrəmanlının üzərində 1500 manat pul olub.

Hüquq müdafiəçisi saat yarım aeroportda saxlanılandan sonra sərbəst buraxılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG