Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:46

Pakistanda məktəbli fəalı güllələyənlər tutulub


Malala Yousafzai
Malala Yousafzai

-

Pakistanda yeniyetmə Malala Yousafzai-ni güllələyən adam həbs edilib.

Bu barədə Pakistan rəsmiləri məlumat verib.

Sentyabrın 12-də keçirilən əməliyyat zamanı «Tehreek-e-Taliban Pakistan» qrupuna mənsub olan 10 yaraqlı tutulub.

Malala-nı öldürməyə cəhd göstərən, Pakistan «Taliban»ının lideri Maulana Fazlullah da həbs edilənlər arasındadır.

Pakistanda qız uşaqlarının təhsil alması üçün təbliğat aparan Malala Yousafzai «Taliban»ın hədəfi olmuş və 2012-ci ildə güllələnmişdi. Həkimlər onun həyatını xilas etmişdi.

Hazırda Malala Böyük Britaniyada ailəsi ilə yaşayır. O, ötən il Avropa Birliyinin insan hüquqlarının müdafiəsi sahəsində verdiyi Saxarov Mükafatını alıb. Nobel Sülh Mükafatına namizəd göstərilib.

XS
SM
MD
LG