Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:19

AMAY Ticarət Mərkəzində yanğın olub


AMAY-da yanğın
AMAY-da yanğın

-

Sentyabrın 13-də səhər saatlarında Bakıda yerləşən AMAY Ticarət Mərkəzində yanğın baş verib.

Bu barədə xəbər verən Qafqazinfo yazır ki, yanğın baş verən zaman ofisdə işçilər olub. Onları təcili tibbi yardım maşınlarında xəstəxanaya aparıblar.

Yanğın AMAY-da yerləşən ASAN xidmətindən bir mərtəbə üstdə olub. ASAN-dan Qafqazinfo-ya bildirilib ki, onlara ziyan dəyməyib.

Yanğınsöndürənlərin alovun yayılmasının qarşısını ala biliblər.

Olayın baş vermə səbəbləri barədə hələlik rəsmi məlumat yoxdur.

XS
SM
MD
LG