Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 10:12

Xırdalanda baş verən partlayışda xəsarət alanlardan daha biri öldü


-

Xırdalanda yaşayış binasında partlayış nəticəsində xəsarət alan şəxslərdən biri vəfat edib.

Bu barədə apa-ya Respublika Yanıq Mərkəzindən məlumat verilib.

Partlayışda ağır xəsarət alan Vidadi İsmayılov sentyabrın 13-də səhərə yaxın xəstəxanada keçinib.

V. İsmayılov «Aztelekom» İstehsalat Birliyində İctimaiyyətlə əlaqələr üzrə baş mütəxəssis vəzifəsində çalışırdı.

Sentyabrın 8-də Abşeron rayonunun Xırdalan şəhərində beşmərtəbəli yaşayış binasında partlayış baş verib.

Həmin binada Qubadlı rayonundan olan məcburi köçkünlər məskunlaşmışdılar.

Xilasetmə tədbirləri zamanı 8 adam dağıntılar arasından çıxarılıb.

Vidadi İsmayılovun vəfatı ilə hadisə zamanı ölənlərin sayı 4-ə çatıb.

Partlayışın qaz sızmasından baş verdiyi ehtimal edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG