-
ABŞ sentyabrın 12-də Rusiyaya qarşı yeni sanskiyaları elan etdi.
Yeni ABŞ sanksiyalarında Rusiyanın müdafiə, enerji və bank sektoru hədəfə alınır.
ABŞ Maliyyə Nazirliyi Sberbankı maliyyə məhdudiyyətləri qoyulan banklar siyahısına saldı.
Bu banklar ABŞ maliyyə qurumlarından uzun müddətli kredit və maliyyə ala bilməyəcək.
Sanksiyaya görə, ABŞ vətəndaşı və ya qurumu Sberbanka 30 gündən artıq müddətə borc verə bilməz.
30 gün məhdudiyyəti Rostexə də aiddir.
ABŞ həmçinin dərin su və sahil yataqlarında neft kəşfiyyatındfa 3 Rusiya şirkətinə - Lukoil, Qazprom və Surqutneftqaza məhsullar, xidmətlər və texnologiya satmağı qadağan edir.
Frans Pressin məlumatına görə, ABŞ-ın yeni maliyyə və iqtisadi sanksiya tətbiq etdiyi bank və şirkətlər bunlardır: Sberbank, neft nəqli şirkəti Transneft, enerji şirkətləri – Lukoil, Qazprom, Qazpromneft, Surqutneftqaz və dövlət texnologiya qrupu Rostex.
Sentyabrın 12-də oxşar sanskiyaları Avropa Birliyi də elan edib. Ancaq Avropa Birliyinin sanksiyalarında Qazprom yoxdur, onun yalnız neft bölməsi olan Qazpromneft var.