Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 09:53

"Qanun" nəşriyyatından 3 yeni kitab gəldi.

-

"Qanun" nəşriyyatından 3 yeni kitab gəldi:

Malcolm Gladwell, "DAVİD VƏ QOLİAF"

Bir sıra bestsellerin müəllifi jurnalist Malkolm Qladuell, mifik David və Qoliafın qarşıdurmasından qaynaqlanaraq zəifin qüvvətli üzərində qələbəsini analiz edir. Necə etməli: qaydalara uyğun oynamaq, yoxsa öz instinktlərinə bel bağlamaq? Təslim olmaq, yoxsa sona qədər müqavimət göstərmək? Cavab zərbəsi endirmək, yoxsa ba­ğışlamaq?

Tərcümə: Sabir Sadıqov

Jeffrey Fox, "NECƏ BÖYÜK RƏHBƏR OLMALI"

Müasir dövrdə şirkət yalnız o vaxt gəlirlə işləyəcək ki, onda əməkdaşlıq ruhu hökm sürsün, rəhbər vəzifələri dəqiq müəyyənləşdirsin, hər bir əməkdaş isə öz iş yerində şirkətin uğurunun qeydinə qalsın. Ona görə də rəhbərlərin öz ətraflarına istedadlı əməkdaşları toplaması həmişə çox mühümdür. C.C.Foksun kitabı bu çətin vəzifəni yerinə yetirmək üçün sınanmış və qeyri-standart tövsiyələrdən ibarətdir.

Tərcümə: Fəxrəddin Ağazadə

Dale Carnegie, "DOST QAZANMAQ VƏ ADAMLARA TƏSİR GÖSTƏRMƏK SƏNƏTİ"

Natiqlik sənəti və insan münasibətləri sahəsində görkəmli Amerika mütəxəssisi Deyl Karneginin Azərbaycan oxucusuna təqdim olunan bu əsərində işgüzar adamların gündəlik görüşlərindən və şəxsi əlaqələrindən, onların sıravi adamlarla rəftarından, düşməni dosta çevirməyin yollarından bəhs olunur.

Tərcümə: Həmid VƏLİYEV

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG