Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:47

Polis elelktroşokdan nazirin əmri ilə istifadə edə bilər


Azərbaycanda polisin elektroşok qurğusundan istifadəsi yalnız daxili işlər nazirinin əmri ilə mümkün olmalıdır. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rafael Cəbrayılov «Trend»ə bildirib ki, bununla bağlı «Polis haqqında» qanuna dəyişikliklər təklif olunur.

Deputatın sözlərinə görə, «Polis haqqında» qanuna görə, rota komandirinin, bölük komandirinin tapşırığına əsasən hər bir polis bu qurğudan istifadə edə bilər: «Amma indi bu dəyişiklik ondan ibarətdir ki, elektroşok qurğusunu gəzdirəcək şəxslərin, yəni zabitlərin dairəsi daxili işlər nazirinin əmri ilə müəyyən ediləcək».

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və ilk iclasda müzakirəyə çıxarılacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG