Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:34

Roma papası noyabrda İstanbula gedəcək


Roma papası noyabrda İstanbula gedəcək.

Vatikan bildirib ki, Roma Papası Francisin səfəri bir neçə gün çəkəcək. Səfər proqramı dəqiq müəyyən olunmayıb. Ancaq Papa noyabrın 30-da müqəddəs Andrew günündə İstanbulda olmalıdır.

Onu dünya ortodoks xristianlarının ( pravoslavlarının) başçısı olan Patriarx Bartolomew dəvət edib.

Roma Papasını Türkiyə hökuməti də ayrıca dəvət edib.

Bundan əvvəlki Papa 14-cü Benedict İstanbula 2006-cı ildə səfər etmişdi. O, İstanbulun Göy Məscidində müsəlmanlarla birlikdə ibadət etmişdi.

Francis isə son 1300 ildə ilk qeyri-avropalı Roma papasıdır.

O, gələn həftə Albaniyaya gedir. Noyabrın 25-də isə Strasburqda Avropa Parlamentində çıxış edəcək.

XS
SM
MD
LG